“Açıq-aşkar saymamazlıqdır” 

saytların hazırlanması

Evə çatdırılma

“Açıq-aşkar saymamazlıqdır” 

Rəsmi

23 Aprel 2020 18:16 831


“Son günlər Ermənistan Xarici İşlər nazirinin, eləcə də bu ölkənin Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı qanunsuz rejimin qondarma nümayəndəsinin bəyanatları bir daha Ermənistanın əsl xislətini nümayiş etdirib”. 

Yenisabah.az xəbər verir ki, bu fikirləri Dağlıq Qarabağ bölgəsinin azərbaycanı icmasının sədri, millət vəkili Tural Gəncəliyev səsləndirib. O əlavə edib ki, Ermənistanın danışıqlar pərdəsi arxasında gizlənərək saxta görüntü yaratması, vaxt uzatmağa çalışması və işğala əsaslanan mövcud status-kvonu möhkəmləndirməsi siyasəti bir daha bütün dünyaya bəyan edilib.  

İcma sədrinin fikrincə, Ermənistanın münaqişənin həlli üzrə vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dəstəklədiyi mərhələli həll variantını rədd etməsi danışıqlar prosesini tamamilə alt-üst edir. “Məlum olduğu kimi, bir müddət öncə Ermənistanın baş naziri Madrid prinsiplərinin onlar üçün mövcud olmadığını bildirmişdi. Bütün bunlar həm də ATƏT-in Minsk Qrupunun həmsədrlərinə qarşı açıq-aşkar saymamazlıqdır.  pizza

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq Ermənistanın danışıqlar prosesinin təməl prinsiplərinə zidd olan son hərəkətləri ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərini qəti mövqe ifadə etməyə çağırırıq”, - deyə Tural Gəncəliyev bəyan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!