Açıq havada maska taxılmalıdır? 

saytların hazırlanması

Evə çatdırılma

Açıq havada maska taxılmalıdır? 

Sağlamlıq

28 Mart 2021 13:04 908


"Koronavirisun ölçüsü 0,1 mikrondur, adi tibbi maskaların məsamələri ən keyfiyyətli maskada 0,3 mikron, ən zayında isə 10 mikrona qədərdir".

Yenisabah.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, bu halda maskanın qoruyuculuq imkanları məhdudlaşır:

“Doğrudur, insan öskürəndə və asqıranda koronavirus tüpürcək damlaları ilə birləşib yayıla bilər, o zaman damlacıq 1 mikrona qədər olur, amma bu, məhz qapalı məkanlar üçün keçərlidir, açıq havada həmin damlacıqlar effektini daha tez itirir. Nüfuzlu “Döyç Vell” (Deutsche Welle) nəşrinin yazdığına görə, Çində 7324 yoluxma halının tam xəritəsi və mümkün yoluxma anı araşdırılıb, tək 1 xəstənin açıq havada yoluxduğu təsdiq edilib. Pepperoni pizza

Beləliklə, qapalı məkanlarda mütləq maska taxılmalıdır, çünki qorunmaq imkanı yaradır, amma açıq havada, özü də tək, ya ailə üzvləri ilə gəzərkən məcburi maska taxmaq qərarı absurddur, əksinə, insan psixikasına və sağlamlığına ziyandır”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!