Açıq havada tibbi maska taxmaq tələbi -   Bunun əhəmiyyəti varmı? - HƏKİM RƏYİ

saytların hazırlanması

Evə çatdırılma

Açıq havada tibbi maska taxmaq tələbi - Bunun əhəmiyyəti varmı? - HƏKİM RƏYİ

Sağlamlıq

10 Aprel 2021 12:17 1055


Bir neçə gündür ki, sosial şəbəkələrdə “Nəfəs alaq” kampaniyasına start verilib. İnsanlar bu ifadəni həştəqlə paylaşır və açıq havada, ətrafda heç kəs olmadığı təqdirdə maska taxmağın məntiqsiz olduğu ilə bağlı fikirlər səsləndirirlər. Həmçinin isti hava şəraitində maska taxmağın onların nəfəs almasında problem yaratdığını vurğulayırlar.

Maraqlıdır, maskadan istifadənin ləğvi ilə bağlı yaxın günlərdə qərar qəbul oluna bilərmi?

Mövzu barədə Yenisabah.az-a açıqlama verən tanınmış həkim, uroloq Vasif İsmayıl sözügedən kampaniyaya qoşulmadığını bildirib: Dördpendirli pizza

“Mən anlayıram ki, açıq havada maska taxmaq insanı çox narahat edir. Elə özümü də narahat edir. Amma hazırkı məqamda biz azadlığımı, yoxsa yoluxma sayınımı düşünməliyik? Bu sualdan çıxış etdikdə mən o kampaniyaya qoşula bilmirəm və kampaniyaya mənfi baxıram”.

Buna baxmayaraq, Həkim ətrafda insan olmadığı zaman açıq havada maska taxmağın tibbi bir mənasının olmadığından da söz açıb:

“Bu işə administrativ olaraq qərar verilib, yəni həkimlərin tövsiyəsi rol oynamayıb. Sadəcə baxıb görürdülər ki, maskasız olan zaman ətrafa məsafə tətbiq edilməsi kimi şərtlər qoyanda insanlar bu haldan sui-istifadə edir. Nəticədə polis, hüquq mühafizə orqanlarının əməkdaşları ilə mübahisələr olmaması üçün hamı maskanı hər zaman taxacaq deyə qayda qəbul etdilər. Yoxsa tibbi cəhətdən bu prosesin heç bir mənası yoxdur”.

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!