"TV8" kanalının və “Acun Medya”nın rəhbəri Acun Ilıcalı Elazığdakı zəlzələdə zərər görənlər üçün yardım kampaniyası təşkil edib.
"Yeni Sabah" xəbər verir ki, kanalında “Tək Ürək” adlı veriliş yayımlayan Acun 5 saat sonunda 51 milyon lirədən (14 milyon 575 min 800 AZN) çox pul yığıb.
Xeyriyyə kampaniyasına tanınmış iş adamları, siyasətçilər, idmançılar, mədəniyyət üzvləri qoşulublar. Xarici İşlər naziri Mövlud Çavuşoğlu da canlı yayıma bağlanaraq bir aylıq maaşını (26 min lirə yəni, 7430 AZN) bağışlayıb. Həmçinin o, xanımı Hülyanın da öz maaşını zərərçəkənlərə verdiyini açıqlayıb. Toyuqlu pizza
Daxili İşlər naziri Süleyman Soylu da oxşar addım ataraq bir aylıq maaşı olan 20 min lirəni (5716 AZN) bağışlayıb.
“Kazancı Holding”in rəhbəri Cemil Kazancı isə 2 milyon lirə (571 min 600 AZN) miqdarında yardım ayırıb.
Acun TV 8-in 26 yanvar tarixində əldə etdiyi reklam gəlirlərinin də ümumi məbləğə əlavə olunacağını bildirib.
Telegram kanalımız