Adam bıçaqlayan diplomat kimdir?

saytların hazırlanması

Evə çatdırılma

Adam bıçaqlayan diplomat kimdir?

Maraqlı

23 İyul 2024 11:47 1939


Xəbər verdiyimiz kimi, diplomat Emin Şaiq İbrahimov adam bıçaqladığına görə DİN tərəfindən saxlanılıb. 

Axar.az xəbər verir ki, Emin Şaiq İbrahimov 2002-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirib. 

O, 2005-ci ildə Ankara Universitetindən beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi alıb, 2009-cu ildə isə NATO Müdafiə Kollecinin Ali Kursunu bitirib. Toyuqlu pizza

Emin Şaiq İbrahimov 2007-2019-cu illərdə diplomatik xidmətdə olub. 2012-2016-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyində, 2016-2019-cu illərdə isə Uruqvaydakı diplomatik missiyasında çalışıb. O, eyni zamanda diplomatik və təşkilatı idarəetmə üzrə təlimçi kimi də fəaliyyət göstərib.

2019-cu ildə öz müraciəti əsasında diplomatik orqanlardakı xidmətinə xitam verilib.

Qeyd edək ki, Emin Şaiq İbrahimov ötən il sentyabrın 20-də polis tərəfindən saxlanılıb və ona 30 sutka inzibati həbs cəzası verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!