“Adı Emil idi, “İnstaqram“dan tapmışdım, depressiyadayam..“ - Rahidə Baxışova

saytların hazırlanması

Evə çatdırılma

“Adı Emil idi, “İnstaqram“dan tapmışdım, depressiyadayam..“ - Rahidə Baxışova

Şou

12 Oktyabr 2019 13:38 2223


"Böyük depressiya yaşadım, hələ də davam edir. Bir işim var, düzəlsin, yəqin əhvalım yerinə gələr".

"Yeni Sabah" xəbər verir ki, bu sözləri müğənni Rahidə Baxışova "5/5" verilişində qonaq olarkən deyib. Sənətçi evinin təmiri üçün onu aldadıb, 35 min manat alan ustadan danışıb:

"Bu pulları çətinliklə qazanmışam. İndi həmin adamı məhkəməyə vermişəm. Heç kimin haqqı heç kimdə qalmaz. Qanunlarımıza inanıram. Şirkətdir, İnstaqramdan tapmışdım. Sosial şəbəkəyə inanmaq olar? Bu adam özünü inandırdı. Emil adlı bir adamdır. pizza hut

Mənə təqdim etdiyi müqavilədə yazılanlar başqadır, etdikləri başqa. Təmiri yarımçıq qoyub, deyir, indi pulum yoxdur. Hər dəfə pul istədi, verdim. İnanırdım, deyirdim, məni aldatmayacaq. Ağılsızlıq etdi, işini yaxşı görsəydi, ona nə qədər müştəri verəcəkdim. 35 minim getdi, amma təmir olmadı. Yaxınlarım deyir ki, 35 minə ikimərtəbəli ev tikdiririk". / axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!