Adil Əliyev bu xanımları işdən çıxardı 

saytların hazırlanması

Evə çatdırılma

Adil Əliyev bu xanımları işdən çıxardı 

Sosial

13 Mart 2026 14:11 1085


Suraxanı Rayon İcra Hakimiyyətində aparılan struktur dəyişikliyi nəticəsində bir neçə nəfər vəzifəsini itirib.

“Yeni Sabah” xəbər verir ki, icra başçısı Adil Əliyev bununla bağlı müvafiq əmrlər imzalayıb.

İcra hakimiyyətinin Böyük mütəxəssisi, dövlət qulluğunun kiçik referenti Ayşən Elləzli, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçiləri Sonaxanım Həsənzadə və Gülşən Şıxlarova işini itiriblər. pizza sifarişi

Xatırladaq ki, fevralın 17-də Bakı Şəhər İcra Hakimiyyətində müşavirədə keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, rayon icra hakimiyyəti başçıları rayonlarda olan nöqsanları operativ şəkildə aşkar edib aradan qaldırmalı, məsuliyyət və təşəbbüskarlığın bu gün zamanın tələbi olduğunu yadda saxlamalıdırlar.

E.Əzizov Suraxanı, Qaradağ və Xəzər rayonlarında sanitar təmizlik məsələlərinin vəziyyətini kəskin tənqid edərək, bu rayonların bəzi qəsəbələrinin ümumşəhər standartlarından geri qaldığını qeyd edib. Yol verilən nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevə töhmət verilib. /NOCOMMENT.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!