Adil Qeybulla təcridxanada Tofiq Yaqublunu müayinə etdi

saytların hazırlanması

Evə çatdırılma

Adil Qeybulla təcridxanada Tofiq Yaqublunu müayinə etdi

Hadisə

11 Sentyabr 2020 20:44 1055


Həkim Adil Qeybullanın Bakı İstintaq Təcridxanasında Tofiq Yaqublunu müayinə etməsinə şərait yaradılıb.

Yenisabah.az bildirir ki, A.Qeybullanın APA-ya verdiyi məlumata görə, T.Yaqublunun ailəsinin müraciəti əsasında onun tərəfindən həbsxanada müayinə edilməsinə icazə verilib:

"Tofiq Yaqublunu ümumi müayinə etdik, sanitar-tibbi hissənin həkimləri də orada idi. Əlbəttə, mən həkim kimi onun aclıq aksiyasını dayandırmasını təklif etdim.  Lakin o, aksiyasını  davam etdirəcəyini bildirdi. Biz ona venadaxili infuziya etdik, bəzi vitaminlər köçürdük, ilk tibbi yardım göstərdik. Huşu yerindədir, bizimlə danışdı, ona bəzi zəruri tibbi məsləhətlər də verdim". Dominos pizza

Qeyd edək ki, T.Yaqublunun ailəsi və vəkilləri onun aclıq etdiyini açıqlayıb.

Nizami rayon Məhkəməsinin hökmü ilə Tofiq Yaqublu xuliqanlıqda təqsirli bilinərək 4 il 3 ay azadlıqdan məhrum edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!