Adnan Oktarın gizli silahlı qrupu haqda yeni faktlar üzə çıxıb.
"Yeni Sabah" xəbər verir ki, dəstə üzvlərinin öz aralarındakı mesajları şifrəli sözlərdən ibarət olubmuş. “Qızlarla birgə olmaq” əvəzinə “kataloq”, “növbə tutma” əvəzinə “maç”, “pul” yerinə isə “poğaça”, yaxud “light cola” deyirmişlər.
Hətta Adnan Oktar əvəzinə “dayı”, “yazar” və digər kəlimələrdən istifadə edilib. Pepperoni pizza
Bu açıqlamanı artıq 3 ildir ki, dəstənin danışıqlarını dinləməyə alan hüquq mühafizə orqanları bildirib.
Siyahıda yer alan məxfi əvəzetmələrdə “silah” sözü də var ki, “ bilgisayar”la əvəz olunub.
Hazırda bu istiqamətdə olan araşdırmalar davam edir.
/Publika.az
Telegram kanalımız