"Adnan Oktar" təriqətinin üzvü olan Ayça Pars təşkilatla bağlı dəhşətli açıqlama verib.
"Yeni Sabah" xəbər verir ki, Ayça Harun Yəhyanın (təriqətin qurucusu) təhdidlərinə məruz qaldığını iddia edib. O, "kedicik" ləqəbli qadınların başına gətirilən müsibətlərdən də danışıb:
"Əvvəllər bizim cazibədar olmağımızı istəmirdi, buna görə də kişi köynəkləri geyinirdik. Sonralar isə Adnan Oktarın təlimatı ilə qadınlar bu hala gəldilər. Rəqslərimiz Adnan Oktara çılpaq soyunmağımızdan daha çox həzz verirdi. Əvvəllər ona "hocam" deyirdik, sonra "Adnan" deməyimizi istədi. Son vaxtlar isə "sevgilim" deməyənlər döyülürdü. Zorla hər kəsi bu sözü deməyə məcbur etdi".
Ayça Pars Adnan Oktarın televiziya şousu haqda bunları deyib: "Oktar bəzi qadınlardan yayımda ayaqlarını aralayaraq oturmalarını, ya da alt paltarı geyinməmələrini istəyirdi. Onlar da bunu etməyə məcbur olurdular. Saçın rəngi, geyim – hər şey Oktar tərəfindən müəyyən olunurdu". Telegram kanalımız