ADSEA: Qarlı hava su təchizatına təsir etməyib

saytların hazırlanması

Evə çatdırılma

ADSEA: Qarlı hava su təchizatına təsir etməyib

Sosial

21 Yanvar 2026 12:10 456


Azərbaycanda qarlı və şaxtalı hava şəraitinə baxmayaraq, sayğaclarda baş verən donvurma və ya digər nasazlıqlarla bağlı 955 Çağrı Mərkəzinə, eləcə də aidiyyəti şöbələrə hər hansı müraciət daxil olmayıb.

"Yeni Sabah" xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Hazırda su təchizatı və kanalizasiya sistemlərində şaxtalı hava şəraiti ilə əlaqədar ciddi problem qeydə alınmayıb, xidmətlər adi rejimdə fəaliyyətini davam etdirir. Dördpendirli pizza

ADSEA bundan əvvəl qış aylarında su sayğaclarının və açıq hava şəraitində yerləşən boru xətlərinin donmadan qorunması üçün abonentlərə çağırış edib, qabaqlayıcı tədbirlərin görülməsini tövsiyə etmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!