Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinin I kurs (103b qrup) tələbəsi 2001-ci il təvəllüdlü Camalova Aytən Hikmət qızı kirayədə yaşadığı mənzildə dəm qazından boğularaq dünyasını dəyişib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə ADU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahid Sərdarlı məlumat verib:
"Hadisə ilə bağlı tələbəmiz Aytən Camalovanın valideyni ilə əlaqə saxladıq. Hazırda tələbəmizin cənazəsi doğulduğu Tovuz rayonuna aparılır. Sezar pizza
Tələbəmizin vaxtsız vəfatı bizi çox sarsıtdı. Baş vermiş hadisə ilə bağlı Azərbaycan Dillər Universitetinin professor-müəllim və tələbə heyəti, o cümlədən ADU Tələbə Həmkarlar İttifaqı Komitəsi adından tələbəmizin yaxınlarına dərin hüznlə başsağlığ veririk".
Telegram kanalımız