Afaq Bəşirqızı “od püskürdü“: “Ona 24 saatda 24 dəfə ölüm arzulayıram“

saytların hazırlanması

Evə çatdırılma

Afaq Bəşirqızı “od püskürdü“: “Ona 24 saatda 24 dəfə ölüm arzulayıram“

Maraqlı

10 Noyabr 2021 15:18 73844


Hazırda həbsdə olan Yevlaxın sabiq icra başçısı Qoca Səmədov məhkəmədə sensassiya sayılacaq etiraflar edib.

Məhkəmədə qeyd edilib ki, Şəhid ailələrinə və müharibə əlillərinə yardım Fonduna könüllü ödəmə adı altında hər ay faiz tutulub, yığılan pulun hər ay 8.000 manatadək olan əsas hissəsi Qoca Səmədova şəxsən təqdim edilib.

Məhkəmə istintaqı zamanı ifadə verən Qoca Səmədov bütün ittihamları qəbul edərək əməlini etiraf edib. Toyuqlu pizza

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Afaq Bəşirqızı sabiq icra başçısının bu əməlini sərt şəkildə qınayıb:

“Ona adam deməklə çox böyük titul vermiş olarıq. Mən belə töküntüləri heç vaxt adam saymaram. Bilirsiniz, onun ən böyük cəzası məhkəmədə danışıq vaxtı idi. O gərək danışmayaydı, amma Allah böyükdür, onu danışdıran danışdırdı. O da öz alçaqlığını, vətənsizliyini, biqeyrətliyini etiraf etdi. Bütün bunların qarşında artıq söz demək mümkün deyil, çünki özü öz hökmünü oxudu! Əgər onda azca insanlığın qırıntısı olsaydı, o sağ qala bilməzdi, bu mümkün olan şey deyil. Bəlkə də bütün olanları, əməllərini sonradan dərk edər, amma ona da heç inanmıram”.

Aktrisa qeyd edib ki, bu tip əməllər törədən məmurlar xalqın hökmünə tabe olmalıdır:

“Mən həmişə Şərq filmlərinə baxıb düşünürdüm ki, görəsən, adam nə qədər ürəksiz, mərhəmətsiz olmalıdır ki, kimisə daş-qalaq edə. Amma indi başa düşürəm, bu insanlar xalqın çıxardığı hökmə tabe olmalıdırlar. Onlar doğrudan da daş-qalaq olunmalıdırlar. Düşünürəm ki, ölüm də onlar üçün şərəfdir. Onlar gərək ölməsinlər, 24 saat müddətində 24 dəfə mənəvi cəhətdən ölsünlər. Vallah, söz tapa bilmirəm. Bir icra başçısı olaraq məgər sənə hardansa gedib tıxmaq bu qədərmi çətin imiş? Necə bir şəhid ailəsinin çörəyinə əl uzada bilərsən? Onun ailəsi bizə əmanətdir. Nə fərqi var ki, mənimsənən pulu İcra başçısı özü yeyib, yaxud kimlərsə yeyib, danışanda ümumi danışılır. Budur sizin şəhid ailəsinə olan hörmətiniz?! Nə deyim bilmirəm. Onu hələ ən böyük mühakimə gözləyir. Ona 24 saatda 24 dəfə xəcalət ölümü arzulayıram! Əgər o bunu qansa, başa düşsə...”.

Pərvanə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Əkbər
    Hörmətli Afaq xanım Siz Azərbaycanda boya başa çatmısınız o Qocaya çatan pulların sonrakı "ünvanlarını " öyrənsəniz fikrinizində dəyişikliklər olar
    5 years ago
  • Nazim Qocayev
    Əgər onun vicdanı yoxsa Allahşükür kimi, türmədə yadına düşəcək, o zaman da gec olacaq. Ona əzablı ölüm arzulayıram, zarıya zarıya can versin, ömrümdə ilk dəfədir ki, belə arzu ifadə edirəm...
    5 years ago
  • Anar
    Əstəfurrallahh)))) Dövrana baxın.Aktrisa bu işlərə qarışır obiri aktyor durub kriminalistikadan danışır.ve s. Öz işləri qalib ee kenarda.Ay Afaq xanım ve Bəhram bəy gedin sehnenizde xalqa xidmət edindeeee...Bu işə rəy vermək bu işi ictimailedirmek,bu isə əncam çəkmək dövlətin hüquq mühafizə və prokurorluq orqanlarin əməkdaşlarının işidi.Sizə ne düşüb?))))))
    5 years ago
    • Samir
      Samir
      Siz niyə narahat olursunuz??
      5 years ago  Like (0)
    • Hicran
      Hicran
      Afag xanim duz deyir. Kimin xosuna gelmir ocumasin
      5 years ago  Like (0)
    • Nazim Qocayev
      Nazim Qocayev
      sən niyə narahatsan bəs, Afaq kimilər danışmasa adi adamın sözü kimə lazımdı??
      5 years ago  Like (0)
    • Etibar
      Etibar
      Sənə nə var onlar fikirlərini söyləyə nilməz sən niyə qocunursan
      5 years ago  Like (0)