AFFA-dan Dadaşlinskiyə cavab

saytların hazırlanması

Evə çatdırılma

AFFA-dan Dadaşlinskiyə cavab

İdman

12 Noyabr 2019 15:56 1306


AFFA İctimai Televiziyada yayımlanan "3D" verilişində qurumun baş katibi Elxan Məmmədova replika atılmasına münasibət bildirib.

"Yeni Sabah" xəbər verir ki, Federasiyanın Mətbuat və İctimaiyyətlə Ələqalər Şöbəsinin rəhbəri Firuz Abdulla "Fanat.Az"a açıqlamasında bildirib ki, Dadaş Dadaşlinski baş katibi verilişə dəvət etməyib:

"Nə federasiyanın mətbuat xidmətinin rəhbəri olaraq mənə, nə də  Elxan Məmmədova heç bir dəvət gəlməyib. Amma bununla üçüncü dəfədi ki, replika atırlar. Baş katibi verilişə çağırmaq istəyirlərsə, bizə müraciət etməlidilər. Daha futbolçudan niyə soruşurlar?" Dördpendirli pizza

Qeyd edək ki, Dadaş Dadaşlinski ilk dəfə futbolçu Vaqif Cavadov verilişin qonağı olarkən Elxan Məmmədovla bağlı sual verib. Daha sonra isə onunla görüşmək istəyən Əziz adlı şəxsə baş katibi verilişə gətirməyə razı salacağı halda onu qəbul edəcəyini bildirib. Son olaraq ssenariyə uyğun olaraq AFFA-nın binası qarşısında Elxan Məmmədovu gözləyən Əzizi "maşın vurub".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!