AFFA-dan Mübariz Mənsimovun klubu ilə bağlı qadağa

saytların hazırlanması

Evə çatdırılma

AFFA-dan Mübariz Mənsimovun klubu ilə bağlı qadağa

İdman

22 Oktyabr 2019 11:52 1119


Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti konfransı keçirilib.

“Yeni Sabah” xəbər verir ki, toplantıda assosiasiyanın təşkilatçılığı ilə keçirilən U-17 Liqasında yaşanan xoşagəlməz hadisə müzakirə olunub.

Belə ki, “Xəzər Lənkəran” – “Kəpəz” matçında azarkeşlər meydana daxil olublar və Lənkəran təmsilçisinin fanatlarının bu hərəkəti kluba ağır cəza verilməsi ilə nəticələnib. Qərara əsasən “Xəzər Lənkəran” 1 ev oyununu azarkeşsiz keçirməli olacaq. Fanatların stadiona daxil olmasına qadağa qoyulub. Marqarita pizza

Oyunun 90+4-cü dəqiqəsində baş verənlər də cəzasız qalmayıb. “Kəpəz”in futbolçusu Cavid Qurbanov və “Xəzər Lənkəran”ın oyunçusu Xanoğlan İsmayılov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 4 matçlıq cəzalanıb.

Maraq üçün qeyd edək ki, Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus olan “Xəzər Lənkəran” klubunun əsas komandası illər əvvəl AFFA-ya etiraz olaraq fəaliyyətini dayandırıb. Belə ki, 2015/2016-cı il mövsümünün yekununda "Xəzər Lənkəran" klubu bəyant yayıb. Bu bəyanatda klubun əsas komandasının Azərbaycan çempiontlarında iştirakının dayandırılması, buna baxmayaraq aşağı yaş qrupları üzrə komandanın fəaliyyət göstərəcəyi barədə məlumat əks olunub. Klub əsas komandanın bütün oyunçularına gələcək fəaliyyətlərini asanlıqla davam etmələri üçün azad agent statusu verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!