AFFA danışılmış oyunlara görə cəza yağdırdı -   25 nəfər diskvalifikasiya edildi

saytların hazırlanması

Evə çatdırılma

AFFA danışılmış oyunlara görə cəza yağdırdı - 25 nəfər diskvalifikasiya edildi

İdman

13 Dekabr 2019 13:56 1035


AFFA-nın İntizam Komitəsinin növbədənkənar iclası keçirilib.

“Yeni Sabah” PFL-ə istinadən xəbər verir ki, toplantında danışılmış oyunlara görə cəzalar açıqlanıb.

Bildirlir ki, I divizionda çıxış edən “Ağsu”, “Turan Tovuz” və “Zirə-2” komandalarının bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçularının, futbol funksionerlərinin, o cümlədən futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub. Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq aşağıda adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur: Dominos pizza

 “Turan Tovuz”

Qocayev Sənan – futbolçu

Rüstəmov Misir – futbolçu

Bağırov Emin – futbolçu

Sadıqov İlkin – futbolçu

Məmmədov Rüfət – futbolçu

Tağıyev Eltay – futbolçu

Quluzadə Şahin – futbolçu

“Ağsu”

Kərimov Rəşad – icraçı direktor

Bayramov Kənan – qapıçılar üzrə məşqçi

Hacıyev Ənvər – klubun işçisi

Əliyev Ramil – futbolçu

İbrahimov Vüsal – futbolçu

Əmrahov Qalib – futbolçu

Əliyev Elçin – futbolçu

Əliyev Məhəmməd – futbolçu

Həşənov Şamo – futbolçu

Mirzalıyev Ruslan – futbolçu

Quliyev Orxan – futbolçu

Rəhimov Fərrux – futbolçu

Həşimov Elçin – futbolçu

Babayev Malik – futbolçu

Kərimov Ramil – futbolçu

Mustafayev Vüsal – futbolçu

Məmmədov Kənan – futbolçu

“Zirə-2”

Əliyev Səbuhi – futbolçu

Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər.

Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apelyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!