AFFA Elmar Məmmədyarovla bağlı məsələyə aydınlıq gətirdi

saytların hazırlanması

Evə çatdırılma

AFFA Elmar Məmmədyarovla bağlı məsələyə aydınlıq gətirdi

Maraqlı

04 Fevral 2021 13:12 809


“Elmar Məmmədyarov İcraiyyə Komitəsinin üzvüdür, oradan çıxmaq üçün hər hansı bir əsas da yoxdur”.

Yenisabah.az bu barədə apasport.az saytına AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məlumat verib.

O bildirib ki, sabiq xarici işlər naziri Elmar Məmmədyarov AFFA İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyətini davam etdirir: “AFFA-nın ötən il keçirilən sonuncu Hesabat Seçki Konfransında Elmar Məmmədyarov İcraiyyə Komitəsinin üzvü seçilib. Səlahiyyət müddəti də 4 ildir. Əgər özü hər hansı bir səbəbdən istefa verməsə ki, bunu da etməyib, hüquqi baxımdan onun buradakı işini davam etdirməsi ilə bağlı heç bir maneə yoxdur. Məmmədyarov komitənin üzvü kimi fəaliyyətini davam etdirir”. pizza mizza

Qeyd edək ki, Elmar Məmmədyarovun məsul olduğu konkret istiqamət dövlət orqanları ilə əlaqələrdir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!