AFFA hakimi təhqir edən şəxsi cəzalandırdı

saytların hazırlanması

Evə çatdırılma

AFFA hakimi təhqir edən şəxsi cəzalandırdı

İdman

10 Yanvar 2025 16:58 482


AFFA U-10 “Neftçi” - “Azərbaycan Qartalları” görüşündə hakimi təhqir edən qonaqların koordinatoru Abdulkadir Özü 5 oyunluq cəzalandırıb.

Yenisabah.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsi qərar çıxarıb.

AFFA U-16 Liqasında çıxış edən “Mübariz” klubuna isə 0:3 hesablı texnki məğlubiyyət verilib. Buna dekabrın 28-də “Dinamo” ilə keçirilən matçda meydan sahibi komandanın heyətində protokolda adı yazılmayan 4 futbolçunun iştirakı səbəb olub. Dominos pizza

Daha bir texniki məğlubiyyət AFFA-nın Yüksək Qızlar Liqasında çıxış edən “Qəbələ” komandasına verilib. Buna bölgə təmsilçisinin dekabrın 28-də “Dirçəliş”lə keçirilməli olan oyuna çıxmaması və ev sahibi kimi matçı təşkil edə bilməməsi (ev sahibi komandanın saatı bildirməməsi) səbəb olub. Nəticədə görüş baş tutmadığı üçün "Qəbələ" 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!