AFFA hakimləri söyən baş məşqçini cəzalandırdı

saytların hazırlanması

Evə çatdırılma

AFFA hakimləri söyən baş məşqçini cəzalandırdı

İdman

21 May 2025 15:18 406


AFFA İntizam Komitəsi 1-ci liqada mübarizə aparan "Qaradağ Lökbatan"ın baş məşqçisi Amit Quluzadəni sərt cəzalandırıb.

Yenisabah.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

İntizam Komitəsi bugünkü iclasında mütəxəssislə bağlı qərar qəbul edib. Qərarda bildirilib ki, 1-ci liqanın 26-cı turunun "Karvan"la oyunu bitdikdən sonra "Qaradağ Lökbatan"ın baş məşqçisi Amit Quluzadə hakimləri təhqir etdiyinə görə 5 oyun cəzalandırılıb. Onun klubu isə 400 manat cərimə edilib. pizza sifarişi

Qeyd edək ki, Amit Quluzadə ötən ildən "Qaradağ Lökbatan"ın baş məşqçisidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!