AFFA İntizam Komitəsi “İmişli”nin futbolçusu Gilyerme Silvanı cəzalandırıb.
Yenisabah.az xəbər verir ki, braziliyalı müdafiəçi 4 oyunluq diskvalifikasiya edilib.
Buna onun 1-ci liqanın 17-ci turunda “Mingəçevir”lə oyundakı hərəkəti səbəb olub. Gilyerme Silva görüşün 87-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb. Buna gorə futbolçu 4 oyun cəzalandırılıb. “İmişli” isə 300 manat cərimə edilib. pizza hut
Telegram kanalımız