AFFA klubları cərimələdi

saytların hazırlanması

Evə çatdırılma

AFFA klubları cərimələdi

İdman

08 Oktyabr 2019 17:56 1119


AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

"Yeni Sabah" xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının VII turunda baş verənlər müzakirə olunub və müvafiq qərarlar çıxarılıb.

“Sumqayıt” – “Keşlə” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. “Neftçi” – “Səbail” oyununda hər iki komandanın 4 futbolçuları sarı vərəqə ilə cəzalandıqları üçün klublar 800 manat cərimələnib. pizza hut

“Qarabağ” – “Sabah” matçının 79-cu dəqiqəsində qonaqların futbolçusu Bəhlul Mustafazadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat ziyana düşüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!