AFFA “Sumqayıt“-ın prezidenti və baş məşqçisinə xəbərdarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

AFFA “Sumqayıt“-ın prezidenti və baş məşqçisinə xəbərdarlıq etdi

İdman

28 Avqust 2019 12:24 1043


AFFA İntizam Komitəsi "Sumqayıt"un prezidenti Riad Rəfiyev və komandanın baş məşqçisi Ayxan Abbasova ciddi xəbardarlıq edib. 

“Yeni Sabah” xəbər verir ki, buna səbəb hər iki şəxsin Premyer Liqanın II turunda evdə "Səbail"ə 0:3 hesabı ilə uduzduqları matçdan sonra hakiminin görüşü qərəzli idarə etmələri haqqında fikirlər söyləməsidir. Bildirilib ki, bu hal təkrar olunarsa, Rəfiyev və Abbasov İntizam Məcəlləsinə uyğun olaraq ciddi cəzalanacaq.

Qurum "Zirə"nin məşqçisi Anar Niftəliyevi də bir oyunluq cəzalandırıb. Buna səbəb onun II turda "Neftçi"yə qalib gəldikləri (1:0) görüşün 80-ci dəqiqəsində texniki zona qaydalarını pozmasıdır. Kluba isə bunun üçün 800 manat cərimə kəsilib.  Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!