Ağ Evdə gizli danışıqlar gedir

saytların hazırlanması

Evə çatdırılma

Ağ Evdə gizli danışıqlar gedir

Dünya

29 Yanvar 2026 16:31 456


Səudiyyə Ərəbistanı və İsrail rəsmiləri bu həftə ABŞ prezidenti Donald Trampın təhdidləri fonunda İrandakı vəziyyəti müzakirə etmək üçün Vaşinqtona səfər ediblər.

"Yeni Sabah" Axios-a istinadla xəbər verir ki, bunu vəziyyətlə tanış olan bir neçə mənbə bildirib.

Ağ Ev bu iki ölkənin yüksək vəzifəli müdafiə və kəşfiyyat rəsmilərini qəbul edib. pizza sifarişi

İsrail İran daxilindəki mümkün hədəflər barədə ABŞ-la kəşfiyyat məlumatlarını bölüşmək niyyətindədir, Səudiyyə Ərəbistanı isə Yaxın Şərqdə potensial müharibədən son dərəcə narahatdır və diplomatik həll yolu axtarır.

Donald Tramp hələ zərbələr barədə qərar verməyib və hələ də diplomatik həll yolu nəzərdən keçirir

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!