Ağ Evdən Qrenlandiyaya şəkilli mesaj -   Çin və Rusiya qaranlıqda təsvir edildi

saytların hazırlanması

Evə çatdırılma

Ağ Evdən Qrenlandiyaya şəkilli mesaj - Çin və Rusiya qaranlıqda təsvir edildi

Dünya

15 Yanvar 2026 14:08 354


Ağ Ev Qrenlandiyaya dair bölgədəki geopolitik rəqabəti simvollaşdıran “yol ayrımı” şəklini paylaşıb.

"Yeni Sabah" xəbər verir ki, paylaşımda Qrenlandiyalılara ünvanlanan “Hansı yolu seçirsən, qrenlandiyalı” sualı yer alıb.

Ağ Evin sosial media hesabından edilən paylaşımda Qrenlandiyanın qarşısında iki fərqli yol olduğu bildirilir. pizza mizza

Paylaşılan təsvirə görə, Qrenlandiya bayrağı ilə işarələnmiş itli xizəklər qarlı bir ərazidə yol ayrımına gəlir. Sol tərəfdəki yol günəşli və açıq səma altında, ABŞ-nin dalğalanan bayrağına və Ağ Evə doğru uzanır. Sağ tərəfdəki yol isə fırtınalı və qaranlıqda, Çin və Rusiya bayraqları ilə bu ölkələrin simvollarına – Çin Səddi və Müqəddəs Vasili Kilsəsinə doğru gedir.

İlhamə Qasımlı


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!