“Ağ gəlinlik qızların faciəsinin başlanğıcı olur”

saytların hazırlanması

Evə çatdırılma

“Ağ gəlinlik qızların faciəsinin başlanğıcı olur”

Şou

22 İyun 2023 14:57 966


"Övlad bizim şəxsi əşyamız və ya mülkümüz deyil. Valideyn statusu bizi övlada təhsil vermək, sağlam və xoşbəxt böyüməsinə şərait yaratmaq, onu heç kimdən asılı etməyəcək həyat səviyyəsinə yaxınlaşdırmaq kimi öhdəliklərə məsul edir. Bütün bunları edərkən valideyn heç bir şəkildə təmənna güdmür və güdməməlidir". 

Yenisabah.az xəbər verir ki, bu sözləri aparıcı Leyla Quliyeva instaqram hesabında yazıb. O, qızların erkən yaşda ailə qurmasını pisləyib: 

"Sənin üçün gecələr yatmadım", "Sənin üçün "n" qədər pul xərclədim", "Sənə görə özümü ikinci plana keçirtdim" kimi fikirlərə köklənib "Öl desəm öləcəksən, qal desəm qalacaqsan" xülyasına düşməyək. Onların seçim etmək hüququ var. Biz onları istiqamətləndirmək üçün varıq. Onların nə uşaqlığını, nə gəncliyini əlindən ala bilərik. Qızları yetkinlik yaşına çatmamış ərə verib, onları təhsildən, özünüdərkdən, özünütəsdiqdən məhrum etməyin. Onların hələ formalaşmamış orqanizmini faciəvi sonluğa düçar etməyin. 14-15 yaşında qız uşaqdır. O, təhsil almalıdır, inkişaf etməlidir, özünü tapmalıdır".  Toyuqlu pizza

Leyla bildirib ki, ağ gəlinlik indi erkən yaşda ailə quran qızların faciəsi olub:

"Erkən ərə verilən qız, ağ paltarı geyinir. Amma o onun faciəsinin başlanğıcı olur. Geyindiyi son geyim olur. Ağ gəlin paltarı kimi görünür, amma qaranlığa aparılan geyimə çevrilir. 13, 14, 15 hətta 16 yaş da erkəndir. Bu yaşda uşaq böyüməli, inkişaf keçməlidir, biz isə onu ailə qurmağa məcbur edirik"./Axşam.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!