Ağcabədidə yol qəzası baş verib.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, aprelin 2-də saat 21 radələrində rayonun Minəxorlu kəndi ərazisində F.İbrahimli idarə etdiyi “VAZ-2107” markalı avtomobili divara vurub.
Nəticədə avtomobildəki sərnişin Emin Məmmədov hadisə yerində, sürücü isə xəstəxanada ölüb. Marqarita pizza
Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.
Hadisə zamanı ölən Emin Məmmədov hərbi qulluqçu olub.
Telegram kanalımız