Ağdam klubu əlavə 250 min qazana bilər

saytların hazırlanması

Evə çatdırılma

Ağdam klubu əlavə 250 min qazana bilər

İdman

06 Yanvar 2025 10:25 549


"Qarabağ"ın futbolçusu Olavio Juninyonu heyətinə qatmağa yaxın olan İspaniyanın "Sevilya" klubu UEFA Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə Azərbaycan çempionuna əlavə ödəniş edəcək.

Yenisabah.az "Relevo"ya istinadla xəbər verir ki, Əndəlüs təmsilçisi qitənin bir nömrəli klub turnirinə qatılsa, "köhlən atlar"a 250 min avro ödəyəcək.

Bundan əlavə, "Qarabağ" 28 yaşlı hücumçunun növbəti satışından 20 faiz gəlir əldə etmək hüququna da malik olacaq. Bu keçidin "Sevilya"ya 4 milyon avroya başa gələcəyi gözlənilir. pizza

Bu həftə İspaniyaya gedəcək braziliyalı forvard yeni klubu ilə "2+1 illik" müqavilə imzalayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!