Ağdam rayonunun Mollalar kəndi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Ağdam rayonunun Mollalar kəndi - Foto

Rəsmi

04 Mart 2023 14:27 951


Ağdam rayonunun Mollalar kəndi Əlimədətli kənd inzibati ərazi dairəsində yerləşir. Əhalisinin əsas məşğuliyyəti heyvandarlıq, qoyunçuluq, üzümçülük, bağçılıq olub.

Mollalar kəndi 1993-cü il iyunun 15-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.

İkinci Qarabağ müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu, o cümlədən Mollalar kəndi noyabrın 20-də Azərbaycana qaytarılıb. pizza mizza

AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış kəndin görüntülərini təqdim edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!