Ağdam-Xankəndi yolunun girəcəyindəyik - Prezidentin köməkçisi

saytların hazırlanması

Evə çatdırılma

Ağdam-Xankəndi yolunun girəcəyindəyik - Prezidentin köməkçisi

Maraqlı

31 Avqust 2023 10:42 470


Azərbaycandakı diplomatik korpus nümayəndələri Ağdam-Əsgəran-Xankəndi yolununun girişinə gediblər. 

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında bildirib. 

"Ağdam-Əsgəran-Xankəndi yolunun girişindəyik. Diplomatik korpus nümayəndələri və beynəlxalq jurnalistlər qrupu yolun funksionallığı və Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən gətirilən undan ibarət iki maşın ərzaq yükünü görəcəklər", o paylaşımda bildirib.  pizza sifarişi

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün ərzaq yükü təşkil edib. İlkin mərhələdə 40 ton un məmulatı Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılması nəzərdə tutulur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!