Ağdamda ağacəkmə coşqusu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Ağdamda ağacəkmə coşqusu - Fotolar

Rəsmi

21 Noyabr 2020 16:03 1952


İşğaldan azad olunmuş Ağdam rayonu ərazisində karantin rejiminin tələblərinə əməl olunmaqla və böyük ruh yüksəkliyi ilə ağacəkmə aksiyası keçirilib.

Yenisabah.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağdamda ağac əkilməsi çağırışına rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə digər qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri də sevinc və fəxrlə qatılıb.

Hər kəs Qarabağ bölgəsində Ermənistanın işğalçı ordusu tərəfindən məhv edilmiş yaşıllıq massivlərinin yenidən bərpasına, Ağdamın gözəlləşməsinə, doğma torpaqlarımıza Böyük Qayıdış təntənəsinə öz töhfəsini verməyə çalışıb. Dördpendirli pizza

Ölkə üzrə həyata keçirilən payız ağacəkmə kampaniyası çərçivəsində Ağdam rayonu ərazisində də baş tutan aksiyada,  əsasən yerli şəraitə uyğun Şərq çinarı olmaqla, 1000-dək müxtəlif cinsl ağac əkilib, palıd və digər meşəcinsli ağac toxumları səpilib. 

Xatırladaq ki,  işğaldan azad olunmuş Füzuli və Zəngilan rayonlarının ərazilərində də yaşıllıqların bərpası məqsədilə ağacəkmə aksiyaları keçirilib və bu cür kütləvi ağacəkmə  tədbirlərinin bütün Qarabağ bölgəsində təşkili nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!