Ağdamda ekskavator minaya düşdü

saytların hazırlanması

Evə çatdırılma

Ağdamda ekskavator minaya düşdü

Hadisə

18 Mart 2023 14:30 1098


Ağdamda ekskavator minaya düşüb.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə rayonun Əfətli kəndində əkin sahəsində baş verib.

Kənd sakini Elmir Yusifov ekskavatorla təsərrüfat işləri ilə məşğul olarkən nəqliyyat vasitəsi torpağa basdırılmış partlamamış mərmiyə toxunub. Nəticədə partlayış baş verib. Hadisə zamanı texnikaya ziyan dəyib. Sezar pizza

E.Yusifov isə yüngül dərəcəli xəsarətlər alıb. Araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!