Ağdam rayonunun inzibati mərkəzi olan Quzanlı qəsəbəsində XIX əsrə aid tarixi bina sökülür.
“Yeni Sabah” xəbər verir ki, qəsəbə sakinlərinin Cebhe.info-ya verdiyi məlumata görə, hazırda ərazidə kran və buldozerlər işləyir. Qeyd edək ki, binanı 19-cu əsrdə mülkədar Firudin bəy tikdirib.
Qırmızı kərpicdən tikilmiş iki mərtəbəli bu bina Sovet dövründə müxtəlif məqsədlər üçün istifadə olunub. 1930-cu ildən 1961-ci ilə kimi binada “26 Bakı komissraı” adına kolxozun idarəsi yerləşib. 1961-1986-ci illərə kimi bina Quzanlı kənd xəstəxanası kimi fəaliyyət göstərib. Yerli sakinlərin dediyinə görə, binanın heç bir yerində çat yox idi. Dəfələrlə qəsəbədə yeraltı təkanlar olsa bina zərər çəkməmişdi. pizza hut
Telegram kanalımız