Ağdamın 3 kəndində evlərin tikintisinə başlanılır 

saytların hazırlanması

Evə çatdırılma

Ağdamın 3 kəndində evlərin tikintisinə başlanılır 

Rəsmi

19 Oktyabr 2023 15:25 507


Ağdamda kəndlərdə və yaşayış məntəqələrində artıq torpaq işlərinə başlanılıb. Bu yaxınlarda Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində evlərin tikintisinə start veriləcək. Digər kəndlər isə layihələndirmə prosesindədir. 

Yenisabah.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərə əhalinin geri qayıdışı, daha yaxşı quruculuğu" panelində deyib. 

Bəşir Hacıyev qeyd edib ki, Ağdamda dəmir yolu və avtovağzal kompleksinin 2024-cü ilin sonunadək yekunlaşması nəzərdə tutulub. Uzunluğu 44 kilometr olan Bərdə-Ağdam yolu isə artıq yekunlaşmaq üzrədir.  pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!