Ağdamlılar doğma yurda bu tarixdə köçəcək

saytların hazırlanması

Evə çatdırılma

Ağdamlılar doğma yurda bu tarixdə köçəcək

Rəsmi

19 Oktyabr 2023 12:57 595


2025-ci ilin ortasından başlayaraq Ağdam şəhərində və onun ətraf kəndlərində məskunlaşma prosesi həyata keçirilə bilər. 

Yenisabah.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında bildirib.

"Ağdam şəhərində görüləcək işlərin miqyası çoxdur. Bu gün orada genişmiqyaslı tikinti işləri gedir. Artıq 3 məhəllənin təməli qoyulub. İki məhəllədə artıq işlərə başlanılıb. Bundan sonra daha 3 məhəllə hazırlanaraq, yaxın zamanda təməli qoyulacaq. Gələn ilin əvvəlində bütün bu tikinti işlərinə başlanılacaq. 2025-ci ilin ortasından başlayaraq biz Ağdam şəhərinə və onun ətraf kəndlərinə məskunlaşmanı həyata keçirə bilərik", - deyə E. Hüseynov bildirib.  Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!