Ağdaşda suvarma kanalında 12 gün əvvəl batan şəxsin meyiti çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Ağdaşda suvarma kanalında 12 gün əvvəl batan şəxsin meyiti çıxarıldı

Hadisə

22 May 2025 21:10 409


Mayın 10-da Şirvan suvarma kanalının Ağdaş rayonu, Aşağı Ağcayazı kəndindən keçən hissəsində batması ehtimal edilən 1 nəfərin axtarışları yekunlaşıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində vətəndaşın meyiti Şirvan suvarma kanalının Göyçay rayonu, Bığır kəndi ərazisindən keçən hissəsində tapılıb və müvafiq qaydada götürülərək aidiyyəti üzrə təhvil verilib. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!