Ağdaşda usta binadan yıxılaraq öldü

saytların hazırlanması

Evə çatdırılma

Ağdaşda usta binadan yıxılaraq öldü

Hadisə

12 İyun 2025 17:09 425


Ağdaş rayonunda usta işlədiyi binadan yıxılaraq ölüb.

Yenisabah.az xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

1966-cı il təvəllüdlü İmadəddin Əbdülrəhimov rayon mədəniyyət evində aparılan təmir işləri zamanı hündürlükdən yıxılıb. Ağır bədən xəsarətləri alan usta yaralı hadisə yerində həyatını itirib. Sezar pizza

Əraziyə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!