Agentlik: Ukraynadan Azərbaycana 132 uşaq gətirilib

saytların hazırlanması

Evə çatdırılma

Agentlik: Ukraynadan Azərbaycana 132 uşaq gətirilib

Sosial

19 Yanvar 2026 11:46 292


2025-ci ildə Ukraynadan Azərbaycana dörd qrup olmaqla 132 uşaq gətirilib.

"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov qurumun 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

V.Behbudov vurğulayıb ki, uşaqlar Bakı və bölgələrdə bir sıra qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, psixo-sosial təlimlər, milli mətbəxlə tanışlıq və digər ustad dərslərinə cəlb olunublar: Toyuqlu pizza

"Artıq dörd ildir ki, icra olunan layihə çərçivəsində Ukraynadakı müharibədən əziyyət çəkmiş uşaqların sosial-psixoloji reabilitasiyasını da həyata keçiririk. Onlar üçün ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyalar təşkil edilib. 2022-ci ildən bu günədək 360 ukraynalı uşaq Azərbaycanda reabilitasiya xidmətlərindən yararlanıb".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!