Agentliyin əməkdaşları qan verdilər

saytların hazırlanması

Evə çatdırılma

Agentliyin əməkdaşları qan verdilər

Sosial

15 Dekabr 2025 17:58 323


Talassemiyadan əziyyət çəkənlərə qayğı məqsədi ilə Strateji Obyeklərin Mühafizəsi Dövlət Agentliyində qanvermə aksiyası keçirilib.

“Yeni Sabah” xəbər verir ki, aksiyada Agentliyin şəxsi heyəti könüllü olaraq iştirak ediblər.

Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub, onlardan qan analizi götürülüb. Dominos pizza

Qeyd edək ki, yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərərin müalicəsində istifadə olunacaq.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!