Ağır qəza törədən polis rəisi işdən çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Ağır qəza törədən polis rəisi işdən çıxarıldı

Maraqlı

26 İyul 2023 10:39 969


Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsinin rəisi, polis polkovniki Ədalət Sadıqov vəzifəsindən azad edilib. 

Yenisabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, Şəmkir Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı vəzifəsinə keçirilib. 

Qeyd edək ki, ötən ilin avqustunda Ə.Sadıqov ölümlə nəticələnən yol qəzası törətmişdi. Belə ki, polis polkovniki gecə saatlarında “KİA” markalı avtomobillə Tovuz rayonu istiqamətində hərəkətdə olarkən 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurmuş və piyada həyatını itirmişdi.  pizza

Xatırladaq ki, bu barədə ilk məlumatı unikal.az yayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!