Ağır qəzada yaralananlar haqda rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Ağır qəzada yaralananlar haqda rəsmi açıqlama

Kriminal

09 Noyabr 2019 05:17 875


Cari ilin 4 noyabr tarixində Rusiyanın Stavropol diyarı ərazisində Rostov-Bakı marşrutu ilə hərəkət edən və soydaşlarımızı daşıyan nəqliyyat vasitəsi qəzaya uğrayıb.

Azərbaycanın Rusiyadakı səfirliyindən “Yeni Sabah”a verilən məlumata görə, səfirliyə bu haqda məlumat daxil olan kimi, dərhal yerli polis orqanı, səhiyyə ocağı və Rusiya xarici işlər nazirliyinin Mineralnıye vodı şəhərindəki nümayəndəliyi ilə operativ əlaqə saxlanılıb. Sözügedən qurumların verdiyi məlumata əsasən, qəza nəticəsində 8 nəfər soydaşımız müxtəlif dərəcəli bədən xəsarətləri alıblar (siyahı əlavə olunur). Onlardan iki nəfər: Babaşah Həşimovun və Şəhla Abdullayevanın vəziyyəti ağırdır, onlar reanimasiya şöbələrinə yerləşdirilib və həkim nəzarətindədirlər.

Bundan əlavə, yerli diaspor üzvləri ilə də əlaqə saxlanılaraq soydaşlarımıza bütün lazımi köməkliyin göstərilməsi və əlavə yardıma ehtiyac yarandığı təqdirdə Səfirliyə məlumat verilməsi xahiş edilib. pizza

Bildiririk ki, hadisənin baş vermə səbəblərinin araşdırılması, yaralı həmvətənlərimizin vəziyyəti, onlara zəruri köməkliyin göstərilməsi Səfirliyin diqqət mərkəzindədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!