“Ağsaqqal axtarmağın mənası yoxdur” - Misir Mərdanov Əli İnsanovdan danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Ağsaqqal axtarmağın mənası yoxdur” - Misir Mərdanov Əli İnsanovdan danışdı

Siyasət

27 Mart 2019 18:44 2360


“Yeni Sabah” keçmiş təhsil naziri Misir Mərdanovun Musavat.com-a müsahibəsini təqdim edir:

- Misir müəllim, sabiq səhiyyə naziri Əli İnsanov əfv olunandan sonra onun bir sıra keçmiş komanda yoldaşlarından reaksiya gəlib. Sizin münasibətiniz çox maraqlıdır...

- Yox. Mən bu barədə danışmaq istəmirəm. pizza hut

- Hətta Əli Nağıyev də sabiq səhiyyə naziri barədə danışıb, hansı ki, vaxtilə Əli İnsanovla münasibətlərində problemlər var idi...

- Hamısını izləyirəm, oxuyuram. Amma mənim onların heç biri ilə işim yoxdur. Allah işlərini xeyir eləsin.

- Əli İnsanovu “Qərbi azərbaycanlıların ağsaqqalı” kimi təqdim edirlər. Buna reaksiyanız necədir?

- Olsun. Özü bilər. Belə hesab edənlər eləsinlər.

- Bəs, siz necə hesab edirsiniz, Qərbi azərbaycanlıların ağsaqqalı kimdir?

- Vallah, vaxtilə Heydər Əliyev olub. İndiki prezidentimizin də həm ana babası, həm də ata babası ordandır. Vəssalam! Xalqın da böyük əksəriyyəti onlara səs verib. Ona görə də hesab edirəm ki, başqa ağsaqqal axtarmağın mənası yoxdur.

- Mövcud situasiyada regional amili qabardanlara sözünüz nədir?

- O bizim ümumi işimizin ziyanınadır. Azərbaycanın ziyanınadır. Azərbaycanı bölgələrə bölmək olmaz. Bir Azərbaycan var, qurtardı getdi!

- Misir müəllim, hər halda sizin də təcrübəniz və yaşınız az deyil, görüşmək imkanı yaransa, həm keçmiş həmkar, həm həmyerli olaraq Əli İnsanova nə məsləhət verərdiniz?

- Şəxsən mən bu yaşda yenidən siyasətə qayıdıb, siyasətlə məşğul olmazdım. Mən olsam... Allah eləməsin. Amma məşğul olmazdım. İşimlə məşğul olardım. Aliməm, alimliklə, həkiməm, həkimliklə... Nəyə lazımdır? İndi mənim 73 yaşım var. Təzədən gedib yenidən kiməsə qoşulmaq... Mənə elə gəlir ki, bu, yanlışlıq olardı. Nə olubsa, olub, qurtarıb daha.

- Belə çıxır ki, Əli İnsanov həbsdən çıxandan sonra “keçmiş olsun” deməmisiniz?

- Yox, mənim onunla heç bir əlaqəm olmayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!