Ağstafada 4 ədəd aviabomba tapıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Ağstafada 4 ədəd aviabomba tapıldı - Foto

Hadisə

07 Sentyabr 2020 17:19 788


Bu gün saat 10:25-də Dövlət Sərhəd Xidmətindən  Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Ağstafa rayonu, Ceyrançöl qış otlaq sahəsində 4 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Agentlikdən Yenisabah.az-a verilən məlumata görə, ANAMA-nın xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 4 ədəd təlim məqsədli aviabomba (P50 Ş) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Dominos pizza

 Aviabombaların ətrafında 60 kv.m əraziyə yerüstü, 40 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!