Ağstafada ailə FACİƏSİ: Bir il ərzində ikinci övladları ÖLDÜ

saytların hazırlanması

Evə çatdırılma

Ağstafada ailə FACİƏSİ: Bir il ərzində ikinci övladları ÖLDÜ

Hadisə

08 İyun 2025 18:51 323


Ağstafada uşaq ölümü qeydə alınıb.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qırılı kəndində baş verib.

Kənd sakini, 2024-cü il təvəllüdlü N.İsmaylıova valideynləri tərəfindən ağır vəziyyətdə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı azyaşlının öldüyü məlum olub. Onun ölüm səbəbi hələlik məlum deyil. Sezar pizza

Qeyd edək ki, ötən ilin avqust ayında İsmayılovların digər övladı, 2022-ci il təvəllüdlü G.İsmayılzadə qıcolma diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi. Həkimlərin müayinəsi zamanı G.İsmayılzadənin öldüyü məlum olmuşdu.

Xatırladaq ki, bu ailə baba və nənənin faciəli ölümü ilə də diqqət çəkib. 2024-cü il sentyabrın 8-də Qırılı kənd sakini, 1965-ci il təvəllüdlü Füzuli İsmayılov nərdivanı hasara söykəyərək üzüm yığan zaman hasar aşıb, nəticədə Füzuli İsmayılov və onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Xatirə İsmayılova daşların altında qalaraq ölüblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!