Ağsuda uşaqlar ölümlə üz-üzə qaldı

saytların hazırlanması

Evə çatdırılma

Ağsuda uşaqlar ölümlə üz-üzə qaldı

Rəsmi

15 May 2020 07:48 1315


Mayın 14 –də şimal dağlıq ərazilərə yağan güclü leysan yağıntıları nəticəsində yaranan sel-suları Ağsu rayonunun Quzay kəndində 14 yaşlı iki uşağın həyatını ölümlə üz-üzə qoyub.

“Yeni Sabah” xəbər verir ki, axşamüstü saat 18 radələrində Ağsu çayının Suraxanı kəndi istiqamətindəki qoluna gələn güclü sel malları örüşdən gətirən və o anlarda çay qolunu keçmək istəyən Quzay kənd sakinləri Eyyub Əmirov və Ömər Ömərovu “yaxalayıb”.  pizza hut

Uşaqlar qaçaraq çaydan çıxmağa çalışsalar da bunun mümkün olmadığını görüb sahilə yaxın yerdəki ağaca çıxıblar. Uşaqların bu vəziyyətdə kömək harayını eşidən kənd sakinləri Yalçın və Rövşən Əsədov qardaşları çox çətinliklə onları xilas edə biliblər. /Azərtac

  pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!