“Gürcüstanın ehtiyatlı, balanslı siyasəti əvvəlcə Rusiya ilə əlavə gərginlikdən qaçmağa yönəlmişdi, lakin bu, Qərb tərəfdaşları ilə münasibətləri çətinləşdirdi. Nəticədə, Gürcüstana Avropa İttifaqı üzvlüyünə namizəd statusu almaq üçün “ev tapşırığı” verildi”.
Yenisabah.az “Sputnik Georgia”ya istinadla xəbər verir ki, bu sözləri erməni əsilli gürcüstanlı politoloq Conni Melikyan bildirib .
Onun müşahidəsinə görə, son illər Gürcüstanda hakim siyasi qüvvənin reytinqi mütəmadi olaraq aşağı düşür, müxalifət daim hakimiyyəti tənqid edir və alternativ üçüncü qüvvə formalaşmayıb: Marqarita pizza
“Vəziyyət Saakaşvilinin qayıdışından sonra, eləcə də Rusiya-Ukrayna münaqişəsi başlayandan sonra Gürcüstan hökumətinə həm daxildən, həm də xaricdən təzyiqlər gücləndikdən sonra daha da mürəkkəbləşib”.
Melikyanın sözlərinə görə, Gürcüstan Rusiyanın etiraz edəcəyini və Gürcüstan iqtisadiyyatına böyük ziyan vuracağını anlayaraq Rusiya Federasiyasına qarşı heç bir sanksiya tətbiq etməyib.
Telegram kanalımız