Aİ İrana qarşı yeni sanksiyalar qəbul edə bilər

saytların hazırlanması

Evə çatdırılma

Aİ İrana qarşı yeni sanksiyalar qəbul edə bilər

Dünya

16 Yanvar 2026 12:17 358


Aİ xarici işlər nazirləri yanvarın 29-da Brüsseldə keçiriləcək görüşdə İrana qarşı yeni sanksiyalar paketini nəzərdən keçirəcəklər.

"Yeni Sabah" Politico-ya istinadla xəbər verir ki, bu barədə 2 avropalı diplomat danışıb.

Onların sözlərinə görə, təklif olunan siyahıya insan haqlarının pozulmasına görə Aİ sanksiyaları rejimi çərçivəsində 21 maddə daxildir. Bundan əlavə, Avropa Xarici Fəaliyyət Xidməti dron istehsalı ilə bağlı 10 maddə əlavə etməyi təklif edir. Dördpendirli pizza

Euractiv-in məlumatına görə, Aİ Roma, Paris və Madridin müqavimətinə görə İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımaq niyyətində deyil.

Daha əvvəl Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib ki, Aİ İrana qarşı sanksiyaların daha da sərtləşdirilməsini istisna etmir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!