Aİ Maduronun əvəzləyicisi ilə əlaqəni itirməyəcək

saytların hazırlanması

Evə çatdırılma

Aİ Maduronun əvəzləyicisi ilə əlaqəni itirməyəcək

Dünya

06 Yanvar 2026 17:41 373


Aİ indiki Venesuela hakimiyyəti ilə praqmatik münasibətləri davam etdirəcək.

"Yeni Sabah" xəbər verir ki, bunu Avropa Komissiyasının sözçüsü Anitta Hipper Delsi Rodrigesin ölkənin müvəqqəti prezidenti kimi and içməsindən sonra deyib.

"Prezident Maduronun və ya Delsi Rodrigesin legitimliyini tanımasaq da, maraqlarımızı müdafiə etmək və prinsiplərimizi inkişaf etdirmək üçün Venesuela hakimiyyəti ilə məqsədyönlü əlaqəni davam etdirəcəyik", - sözçüsü Brüsseldə keçirilən brifinqdə deyib. Sezar pizza

Hipper vurğulayıb ki, "Venesuela hakimiyyəti öz mandatlarını demokratik islahatlarla bağlı xalqın iradəsinə hörmət etməyən seçki prosesi vasitəsilə əldə edib".

Onun sözlərinə görə, Venesuelanın gələcəyi demokratik keçidə aparan inklüziv dialoq üzərində qurulmalıdır.

Xatırladaq ki, Venesuelanın vitse-prezidenti Rodriges yanvarın 5-də ölkənin müvəqqəti prezidenti kimi and içib. Venesuela Ali Məhkəməsi yanvarın 4-də qərar verib ki, mövcud şəraitdə Rodriges dövlət başçısı vəzifələrini icra etməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!