“Aİ missiyası sabitliyi qoruya bilməyəcək“ - Mikayelyan

saytların hazırlanması

Evə çatdırılma

“Aİ missiyası sabitliyi qoruya bilməyəcək“ - Mikayelyan

Rəsmi

13 Mart 2023 16:57 844


“Avropa İttifaqı missiyası Ermənistan və Azərbaycan sərhədində kiçik insidentlərin və təxribatların qarşısını ala və ya onların sayını azalda bilər. Lakin Avropa İttifaqı genişmiqyaslı hərbi əməliyyatların qarşısını almaq və Ermənistanı bundan sığortalamaq iqtidarında deyil”.

Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu fikirləri Ermənistandakı Qafqaz İnstitutunun eksperti Hrant Mikayelyan deyib.

Mikaleyanın sözlərinə görə, müşahidə missiyası atəşkəs rejiminin pozulması ilə bağlı məlumatların toplanması ilə məşğul olur, sonra isə onları Brüsselə ötürür.  Dördpendirli pizza

Mikayelyan bildirib: “Aydındır ki, ittifaqın Cənubi Qafqazda siyasi alətləri məhduddur. Təcavüzün qarşısının alınmasının əsas mexanizmləri siyasi və diplomatikdir. Ola bilsin ki, missiya ümumən sərhəddə təxribatların və insidentlərin sayını azaltmağa imkan verəcək. Bununla belə, müşahidəçilər açıq şəkildə böyük müharibənin qarşısını ala bilmirlər. Qlobal sabitliyə nail olmaq üçün siyasi iradə lazımdır. Belə görünür ki, avropalılar Ermənistanın maraqlarına zərər vermədən uzunmüddətli sabit sülhü təmin edə bilmirlər”.

H. Mikayelyan da əmindir ki, erməni tərəfinin zəifliyi və hərəkətsizliyi şəraitində heç bir sülh sazişi uzunmüddətli sülhə gətirib çıxarmayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!