Aİ müşahidəçiləri gələn həftə İrəvana gedəcək

saytların hazırlanması

Evə çatdırılma

Aİ müşahidəçiləri gələn həftə İrəvana gedəcək

Rəsmi

18 Fevral 2023 11:49 847


Gələn həftə Aİ Ermənistana 100 nəfərlik missiya göndərəcək.

Yenisabah.az xəbə verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib.

“Baş nazir Nikol Paşinyanla görüşməyimə şad oldum. Aİ Ermənistanın sadiq tərəfdaşıdır. Gələn həftə Avropa İttifaqı sülh və sabitliyi təşviq etmək üçün 100 nəfərlik missiya göndərəcək. Biz demokratik islahatlar üzrə əldə edilən irəliləyişi alqışlayırıq və İqtisadi İnvestisiya Planımızın potensialına əsaslanmağa davam edəcəyik”, - deyə fon der Leyen tvitində yazıb. pizza

Xatırladaq ki, Aİ missiyasının göndərilməsi məsələsi 2022-ci ilin sentyabrında Azərbaycanın Ermənistana təcavüzündən sonra yaranıb.

Avropa İttifaqı Ermənistana, Ermənistan-Azərbaycan sərhədinə mülki missiyanın göndərilməsinə razılıq verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!