Aİ nazirləri “Sepah”a qarşı sanksiyaları müzakirə edəcək

saytların hazırlanması

Evə çatdırılma

Aİ nazirləri “Sepah”a qarşı sanksiyaları müzakirə edəcək

Dünya

26 Yanvar 2026 17:27 488


Yanvarın 29-da Aİ xarici işlər nazirləri İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, "Sepah") terror təşkilatı kimi tanınmasını müzakirə edəcəklər.

"Yeni Sabah" xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri və Baş nazirin müavini Antonio Tayani bildirib.

Onun sözlərinə görə, Avropa tərəfdaşlar koordinasiyalı şəkildə İİKK-nı terror təşkilatı kimi tanınması, eləcə də İrandakı etirazlar zamanı mülki şəxslərin itkisinə görə məsuliyyət daşıyanlara şəxsi sanksiyalar tətbiq edilməsi təklifi irəli sürcək. Marqarita pizza

Bir müddət əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqayi Qərb mediasının ölkədəki iğtişaşlar nəticəsində 30.000 nəfərin ölümü ilə bağlı xəbərlərini təkzib edib və bu iddiaları "Hitler üslubunda yalan" adlandırıb.

İran XİN rəhbəri həm mülki şəxslər, həm də təhlükəsizlik qüvvələri əməkdaşları da daxil olmaqla, ölənlərin sayının 3117-yə çatdığını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!